"Zirə" bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar VI turda "Keşlə" ilə üz-üzə gələcək.

Bu, iki komanda arasında 17-ci matç olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. "Keşlə" "Zirə"nin ən çox sülhlə ayrıldığı klubdu.

Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda "Zirə" qələbə qazanıb. Komanda bu görüşlərdə iki top fərqilə qalib gəlib. "Qartallar"ın bombardiri Xulio Sezar Rodriges bu rəqiblərin oyunları qolsuz tərk etməyib.

Paraqvaylı "Keşlə" ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudu. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. "Zirə" arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdi – 17:15.

"Keşlə"nin meydanında 9-cu dəfə qonaq olacaq "qartallar" səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran zirəlilər eyni sayda qol buraxıb.

 

2015/16 mövsümü

24.08.2015. Premyer Liqa. Zirə - İnter - 0:0

31.10.2015. Premyer Liqa. İnter - Zirə - 0:0

31.01.2016. Premyer Liqa. Zirə - İnter - 2:1

Luis Alberto Diez, 13; Nurlan Novruzov, 86 // Abbas Hüseynov, 48

20.05.2016. Premyer Liqa. İnter - Zirə - 1:0

Abbas Hüseynov, 69

 

2016/17 mövsümü

30.09.2016. Premyer Liqa. İnter - Zirə - 1:1

Ağabala Ramazanov, 22 - Viktor İqbekoyi, 90+2

28.11.2016. Premyer Liqa. Zirə - İnter - 1:1

Yovan Krneta, 90+3 - Ruslan Abışov, 48

18.02.2017. Premyer Liqa. İnter - Zirə - 1:1

Rauf Əliyev, 47 - Denis Silva, 40-ö.q.

10.04.2017. Premyer Liqa. Zirə - İnter - 1:1

Riçard Qadze, 19 - Rauf Əliyev, 12

 

2017/18 mövsümü

23.09.2017. Premyer Liqa. Zirə - İnter - 1:1

Yovan Krneta, 67 - Sertan Taşkın, 21

18.11.2017. Premyer Liqa. Keşlə - Zirə - 0:1

Milan Duriç, 18

04.03.2018. Premyer Liqa. Zirə - Keşlə - 1:2

Elşən Abdullayev, 30 - Tərlan Quliyev, 14; Slavik Alxasov, 74

21.04.2018. Premyer Liqa. Keşlə - Zirə - 2:1

Andre Klennon, 50; Vaqif Cavadov, 69 - Milan Duriç, 36-p.

 

2018/19 mövsümü

18.08.2018. Premyer Liqa. Zirə - Keşlə - 2:2

Mirsahib Abbasov, 2; Pərdis Fərcad-Azad, 35 // Slavik Alxasov, 53; Andre Klennon, 90+1

21.10.2018. Premyer Liqa. Keşlə - Zirə - 1:0

Adil Nağıyev, 2 (ö.q)

15.03.2019. Premyer Liqa. Zirə - Keşlə - 2:0

Cabir Əmirli, 69 (ö.q.); Xulio Sezar Rodriges, 79

05.05.2019. Premyer Liqa. Keşlə - Zirə - 1:3

Conatan Ayite, 45+1 (p.) // Xulio Sezar Rodriges, 26, 47; Mfo Kqasvane, 52

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest