Futbol üzrə İspaniya La Liqasında 6-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” “Eybar” səfərinə yollanıb. Sözügedən komanda bu oyundan məğlubiyyətlə ayrılıb.

“Real Sosyedad” “Alaves”lə ev oyununda 3 cavabsız qola sevinib. “Selta” – “Espanyol” matçında isə qalib müəyyənləşməyib.

İspaniya La Liqası
6-cı tur

24 sentyabr

Valyadolid – Qranada 1:1
Qol: Plano, 12 – Fernandes, 42.

Betis – Levante 3:1
Qol: Loren, 45+3; 48. İqlesias, 67 – Hernani, 7.

Barselona – Vilyarreal 2:1
Qol: Qrizmann, 6. Artur, 15 – Kasorla, 44.

25 sentyabr

Leqanes – Atletik 1:1
Qol: Oskar, 61 – R.Qarsiya, 59-pen.

Malyorka – Atletiko 0:2
Qol: D.Kosta, 26. J.Feliks, 64.

Valensiya – Xetafe 3:3
Qol: M.Qomes, 30; 34. Kanqin, 39 – Mata, 1. Ceyson, 66. Anxel, 69.

Real – Osasuna 2:0
Qol: Vinisius, 36. Rodriqo, 72.

26 sentyabr

Eybar – Sevilya 3:2
Qol: Orelyana, 66-pen. Leon, 77. Kote, 82 – Okampos, 11. Torres, 33.

Selta – Espanyol 1:1
Qol: Mina, 90+5 – Pedrosa, 48.

Real Sosyedad – Alaves 3:0
Qol: Oyarzabal, 19; 41. V.Xose, 32.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest