Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Neftçi" – "Səbail" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə "Neftçi" rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 19:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest