Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”nin qonağı olan qəsəbə təmsilçisi meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. ​Oyunsonrası mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib:

“Rəqib layiqli qələbə qazandı. Buna baxmayaraq, komandamızdan razı qaldım”. Matc.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.
 
Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”nin qonağı olan qəsəbə təmsilçisi meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə standart vəziyyətdən 2 qol buraxdıq. Halbuki onların ən üstün cəhətinin bu olduğunu bilirdik. Buna görə oyunçulara tapşırıq verilmişdi, sadəcə, futbolçularımız diqqətsizliyə yol verdi. İkinci hissədə pressinqlə çıxış etdik. Dəyişikliklərə baxmayaraq, xal qazana bilmədik. Buna görə məyusuq. İlk dövrənin ümumi nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi. Yaranmış fasilədən istifadə etməyə çalışacağıq”.
 
- Komandanın geridönüş etməsi üçün nəyi dəyişmək lazımdı?
- İndi oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Avroliqada fərqli, çempionatda fərqli heyətlə çıxış etdik. Turdan-tura artırmaq lazımdı. Oyunumuzda inkişaf hiss olunur. Düşünürəm ki, bu gün də azarkeşlər oyundan həzz aldılar. Xüsusi bir dəyişikliyə ehtiyac yoxdu. Oyunçu ala bilsək, daha rəqabətli komanda ola bilərik.
 
- Fəhminin ehtiyatda qalması nə ilə bağlı idi?
- Fəhmin zədəli idi, bir neçə gün məşqlərdən kənarda qalmışdı. Bu gün də oynaması risk idi. Özü ilə danışdım, 30 dəqiqə oynaya bilərdi. Hücumu gücləndirmək üçün Fəhmini meydana buraxmaq lazım idi.
 
- “Qarabağ”ın digər klublardan üstün olduğu fikri səslənir. Bu gün “Neftçi”nin oyununu canlı gördünüz. Həmin fikirdə qalırsınız?
- Bunlar fərqli komandalardı. “Qarabağ” topla oynamağı sevirsə, “Neftçi” atletik oyun göstərir. “Qarabağ” topla oynamağa imkan vermirsə, “Neftçi”yə qarşı bu baxımdan elə böyük fərq olmur. Amma bu o demək deyil ki, “Neftçi” “Qarabağ”dan zəifdi. Fərqli üsluba malik komandalardı, hər birinin üstün cəhətləri var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest