“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Oyun planlaşdırdığımız kimi keçdi. Komandanı psixoloji hazırlamaq bir az çətin olsa da, məncə, psixoloji baxımdan eniş yaşamadıq. "Zirə" güclü komandadı. Hesab oyuna görə oldu. Hər iki komandanın imkanları oldu. Komandanın oyunundan razıyam. İstədiyimiz əzmkarlıqdı, onu da görürük. Oyundan-oyuna istədiklərimizi görürük. Rasim Ramaldanov artıq əməliyyat olunub. 4-5 ay futboldan uzaq qalacaq. David Volkova iradımız yoxdu. Sadəcə, fürsətləri dəyərləndirə bilmir. Gələcək oyunlarda yaxşı olacaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest