Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayev qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O, jurnalistlərin suallarını cavablandırıb

Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayev qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
 
- Ruslan Abışovla Cavid İmamverdiyev niyə oynamırdı?
- Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.
 
- Coşqun Diniyev sanki əvəzlənməsindən narazı idi...
- Özü istəmişdi.
 
- Məğlubiyyətin səbəbi nə idi?
- Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilır. Nə bacardılarsa, onu etdilər.
 
- “Qarabağ” dövrə ərzində cəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
- Şanssızlıqdı səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.
 
- Komanda sonuncudu. Buna görə də futbolçulara təçəkkür edirsiz?
- Yox. Bugünkü oyuna görə təşəkür etdim.
 
- Sonuncu olmağınızda səbəb nədi?
- Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.
 
- Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
- Bu, rəhbərliyə aid məsələdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest