O, qollarından 6-nı “Xəzər Lənkəran” (2012/13 – 1, 2013/14 – 1, 2014/15 – 4), 5-ni “Sumqayıt” (2015/16), 4-nü “Keşlə”nin (2016/17) heyətində vurub.

Azərbaycan Premyer Liqasının VII turu “Səbail”in futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, I dövrənin son turunun “Neftçi” ilə qarşılaşmasında (1:2) komandasının təsəlli qoluna imza atan hücumçu ikiqat yubiley qeyd edib.

Bu, Ağabalanın Premyer Liqada 25-ci qolu olub. İlk dəfə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt 2013-cü il fevralın 11-də “İnter”lə (indiki “Keşlə”) ev oyununda (2:3) qol sevinci yaşayan Ağabala ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 114-cü futbolçu olub.

O, qollarından 6-nı “Xəzər Lənkəran” (2012/13 – 1, 2013/14 – 1, 2014/15 – 4), 5-ni “Sumqayıt” (2015/16), 4-nü “Keşlə”nin (2016/17) heyətində vurub.

“Səbail”in Premyer Liqadakı ən yaxşı bombardiri indiki komandasında yubiley - 10-cu qoluna imza atıb. Ötən mövsüm 7 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirən Ağabala cari çempionatda 3-cü dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest