"Qrupa qədər Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik, "Ayaks"a qarşı iki möhtəşəm oyun keçirdik. Təhqir mənasında demirəm, amma onlara qarşı bunu etmək mümkünsüz görünürdü. 5 oyunda 16 qol vurduq ki, bunu da uğurlu saymaq olar".

"Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a ilk oyundakı 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi postunda dəyişiklik oldu (italiyalı Paolo Trametsanini almaniyalı Tomas Doll əvəzlədi). Mənim üçün hər şey bir gecəyə dəyişdi". Matc.az saytının məlumatına görə, bunu APOEL-in hücumçusu Roman Bezyak deyib.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Kipr klubu növbəti oyunlarını məhz təmsilçimizə qarşı keçirəcək. Yerli mətbuata açıqlamasında komandasının cari mövsümdəki çıxışını dəyərləndirən Bezyak oyunlarına müsbət qiymət verib.

Sloveniya millisinin 30 yaşlı hücumçusu ilk turda "Düdelanj"a məğlubiyyətə baxmayaraq, qrupdan çıxmağı hədəflədiklərini bildirib: "Qrupa qədər Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik, "Ayaks"a qarşı iki möhtəşəm oyun keçirdik. Təhqir mənasında demirəm, amma onlara qarşı bunu etmək mümkünsüz görünürdü. 5 oyunda 16 qol vurduq ki, bunu da uğurlu saymaq olar. Avropa Liqası bizim üçün reallıqdı. Ancaq Çempionlar Liqasında iştirak etmək üçün birinci dərəcəli oyunçularınız olmalıdı. Biz o səviyyədə deyilik. Amma Avropa Liqasında qrupdan çıxa bilməsək, çox məyus olacağıq. Çünki ən azı ikinci pilləyə layiq olduğumuzu düşünürəm".

Qeyd edək ki, "Qarabağ"la APOEL arasında III tur matçı oktyabrın 24-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest