Argentina Futbol Assosiasiyası yığma komandanın baş məşqçisi Lionel Skaloniyə müqaviləni yeniləməyi təklif edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Argentinanın ali futbol qurumu 48 yaşlı mütəxəssisin komandanı 2028-ci il Kopa Amerikasına aparmasını istəyir. Bundan əlavə, əməkdaşlığın 2030-cu il dünya çempionatına qədər uzadılması variantı da planlaşdırılır.

Argentina yığmasının Skaloninin rəhbərliyi altındakı gələcəyi ilə bağlı yekun qərar məşqçinin özündən asılı olduğu qeyd edilir.

Xatırladaq ki, Lionel Skaloni 2018-ci ilin avqustunda "albiseleste"nin baş məşqçisi vəzifəsinə təyin edilib. Həmin vaxtdan bəri komanda bu məşqçinin rəhbərliyi altında 104 matça çıxıb (80 qələbə, 14 heç-heçə, 10 məğlubiyyət).

Skaloninin sükanı arxasında olduğu müddətdə Argentina millisi 2022-ci ildə dünya çempionu olub, iki dəfə ardıcıl Amerika Kubokunu (2021, 2024-cü illər) qazanıb və 2026-cı il dünya çempionatının finalına yüksələrək orada İspaniya yığmasına uduzub (0:1).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest