Braziliyalı qapıçı Norberto Neto Kamil Qrabaranın ciddi zədələnməsindən sonra Turin "Yuventus"una qayıtmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, azad agent statusuna malik 37 yaşlı futbolçu aşağı maaşa və 1 illik müqaviləyə razılıq verib.
Neto 2015–2017-ci illərdə İtaliya nəhənginin formasını geyinib. Braziliyalı "Yuventus"un heyətində 22 oyuna çıxıb, bu matçlarda 15 qol buraxıb və 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, komanda ilə birlikdə 5 titul qazanıb.
Daha əvvəl turinlilərin "Sevilya" və PSJ-nin keçmiş qapıçısı Serxio Riko ilə müqavilə imzalamaq variantını da nəzərdən keçirdiyi bildirilirdi.
Xatırladaq ki, Almaniyanın "Volfsburq" klubundan "qoca sinyora"da icarə əsasında çıxış edən Qrabaranın sağ dizinin çarpaz bağları yırtılıb. Zədəyə qədər o, Avropa Liqasında NEK-ə qarşı matçda (5:0) debüt etməyə imkan tapıb və həmin oyunda məhsuldar ötürmə ilə yadda qalıb.













