AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan Premyer Liqasının VI turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan Premyer Liqasının VI turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, turun mərkəzi qarşılaşmalarından olan "Turan Tovuz" – "Zirə" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi 700 manat cərimə edilib.
Eyni səbəbdən "Sabah"la qarşılaşan "İmişli" klubu da 700 manat ziyana düşüb. Sözügedən "Sabah" – "İmişli" matçının 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan qonaqların 7 nömrəli futbolçusu Luis Silvestr ağır cəzaya məruz qalıb. İntizam Komitəsinin qərarına əsasən, o, 4 oyunluq diskvalifikasiya olunub, klubu isə əlavə olaraq 10 000 manat cərimələnib.
Cərimələr digər qarşılaşmalardan da yan keçməyib. "Şamaxı" – "Araz-Naxçıvan" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün həm "Şamaxı", həm də "Araz-Naxçıvan" klublarının hər biri 700 manat cərimə olunub.
"Kəpəz"lə görüşdə 5 futbolçusu xəbərdarlıq alan "Sumqayıt" komandası da eyni məbləğdə – 700 manat cəriməyə məruz qalıb.













