"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bu gün komanda üzvləri ilə görüşərək, yeni baş məşqçi Zaur Həşimovu onlara təqdim edib. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, fəxri-prezident Zaur Həşimovun daha əvvəl də "Zirə"də çalışdığını və onun məşqçilik bacarığına bələd olduğunu deyərək, mütəxəssisə inamını ifadə edib.

O, həmçinin komandanın futbolçu heyətinin də yüksək nəticələr qazanmaq üçün yetərli imkanlarının olduğunu deyib. Orxan Məmmədov həm yeni baş məşqçiyə, həm də ümumilikdə komandaya uğurlar arzulayaraq həmişə olduğu kimi, onlara dəstəyini əsirgəməyəcəyini əlavə edib.

Daha sonra çıxış edən Zaur Həşimov ona etimad göstərdiyinə görə fəxri-prezidentə təşəkkür edib və bu etimadı doğrultmağa çalışacağını deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest