Avropa Liqasının qrup mərhələsi çərçivəsində bir oyun başa çatıb. Matç.az saytının məlumatına görə, K qrupunda "Astana" "Renn"i qəbul edib.

Qazaxıstan klubunun şərəfini qoruyan Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda da bu qarşılaşmada iştirak edib. Start heyətində meydana daxil olan milliləşdirilmiş futbolçu 63-cü dəqiqədə əvəzlənib. "Astana" isə 64 və 90+1-ci dəqiqədə vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 4-də çatdıran "Astana" qrupda liderliyə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest