Sabah Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə Əhməd Kadırovun xatirə turniri start götürəcək. Matc.az xəbər verir ki, üç gün davam edəcək ənənəvi yarışda beynəlxalq kateqoriyalı hakimlərimiz Zaur Şərifov, Kamran Əliyev və Əli Babayev ədaləti qoruyacaq. 
 
Olimpiya kateqoriyalı hakimimiz Hicran Şərifov isə UWW tərəfindən Memoriala rəhbərlik edəcək. Bu gün baş tutan hakimlərin seminarına da həmyerlimiz başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest