“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai Macarıstan millisinin heyətində zədə problemi ilə üzləşib. Matc.az xəbər verir ki, futbolçu Gürcüstanla keçirilən və Macarıstanın 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan əvvəl ciddi narahatlıq yaşadığını açıqlayıb.

Soboslai bildirib ki, oyundan əvvəl isinmə hərəkətləri zamanı ayağında ağrı hiss edib və meydana çıxmaqdan imtina etməyə yaxın olub.

“İsinmə zamanı demək olar ki, oynamaqdan imtina edəcəkdim. Çünki zərbələrdən birində ayağımda problem hiss etdim. Ancaq bu qədər yol gəlmişəmsə, komandamı yarı yolda qoya bilməzdim. Bacardığım qədər mübarizə apardım”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, Soboslai “Liverpul”un əsas futbolçularından biridir. Onun zədə vəziyyəti İngiltərə klubunda da diqqətlə izlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest