Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Adil Kazımlı Vətənə qayıdıb. Matc.az xəbər verir ki, idmançımızla yanaşı, milli komandanın baş məşqçisi Elnur Amanov və Dakar-2026-da ölkəmizi təmsil edən digər taekvondoçu Zəhra İsayeva da Bakıya dönüblər.

Qeyd edək ki, Adil Kazımlı mötəbər yarışda fəxri kürsünün ikinci pilləsinə yüksələrək Azərbaycanın aktivinə gümüş medal yazdırıb.

İdmançımızı, onun şəxsi məşqçisi Elməddin Vəliyevi, baş məşqçi Elnur Amanovu və bütün məşqçi heyətini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest