Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun 7-ci turunda "Kəpəz" – "Qarabağ-2" (1:0) oyunu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən, ev sahibi komanda görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb. Matc.az xəbər verir ki, ölkə başçısı İlham Əliyevin "Valday" beynəlxalq diskussiya klubunun 16-cı illik iclasının plenar sessiyasında məlum nitqinə dəstək nümayiş etdirən Gəncə klubunun futbolçuları meydana "Qarabağ Azərbaycandır!" yazılı şüarla çıxıblar.
 
Meydanda isə böyük ölçülü üç rəngli bayrağımız açılıb. Bundan əlavə, stadionda dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest