İngiltərənin “Liverpul” klubu müdafiəçisi Joel Matiplə müqavilə yeniləyib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Premyer Liqa nəhəngi 28 yaşlı futbolçu ilə müqavilənin müddətini 2024-cü ilin sonuna qədər uzadıb. Kamerun yığmasının formasını geyinən Matipin mövcud müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
 
Almaniyada anadan olan, bu ölkənin “Şalke” klubunun yetirməsi olan Joel, “Liverpul”da 2016-cı ildən çıxış edir. O, bu komandada 107 oyuna çxıb, bu mövsüm isə 2 qola da imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest