"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Futbolçularımdan razı qaldım"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. "Qəbələ" son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest