“Qarabağ” sonuncu dəfə avqustun 30-da “Şerif”lə oyununda fərqlənmişdi. Həmin qarşılaşma 3:0 hesabı ilə nəticələnmişdi. Həmin matçın 55-ci dəqiqəsində Filip Ozobiç fərqlənmişdi. Növbəti qol 317 dəqiqədən sonra vuruldu.

“Qarabağ” avrokuboklardakı qol həsrətinə son qoyub. Matç.az saytı xəbər verir ki, cari mövsüm Avropa Liqasının qrup mərhələsinin ilk 3 oyununda rəqib qapısına yol tapa bilməyən Azərbaycan çempionu tilsimi Ukraynada qırıb.

Təmsilçimiz hazırda davam edən oyunda Poltava “Vorskla”sını məyus edib. 12-ci dəqiqədə penaltidən fərqlənən Araz Abdullayev komandasının 70 gündən sonra sevindirib.

“Qarabağ” sonuncu dəfə avqustun 30-da “Şerif”lə oyununda fərqlənmişdi. Həmin qarşılaşma 3:0 hesabı ilə nəticələnmişdi. Həmin matçın 55-ci dəqiqəsində Filip Ozobiç fərqlənmişdi. Növbəti qol 317 dəqiqədən sonra vuruldu.

Ağdam klubu 3 matçlıq qolsuzluğa son qoyubsa, Araz 3 ildən sonra avrokubokda qola sevinib. Bunadək “Neftçi”nin heyətində 3 qol vuran yarımmüdafiəçi 1218 gün öncə - 2015-ci il iyulun 9-da fərqlənmişdi. O, Monteneqroda “Mladost”un qapısına yol tapmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest