17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz bu dəfə Norveçlə üz-üzə gəlib.

Farer adalarının Torshavn şəhərində təşkil olunan oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb. Norveçlilər bütün qolları ilk yarıda vurublar.
 
Xatırladaq ki, millimiz ilk turda Sloveniyaya 0:5 hesabıyla uduzmuşdu. Norveç isə Farer adalarını 12:0 üstələmişdi.
 
Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda bu gün meydan sahibi Farer adaları yığması Sloveniya ilə üz-üzə gələcək.
 
Aç-nin seçmə mərhələsi
5-ci qrup
20 oktyabr
 
Norveç – Azərbaycan 5:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest