"Qarabağ" Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atıb. Matc.az xəbər verir ki, yubiley bərabərliyi Premyer Liqanın VIII turunun "Qəbələ" ilə görüşündə qeydə alınıb – 1:1.

Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə sülhlə barışıb. "Qarabağ" çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadı. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də "Avey"lə görüşdə qeydə alınıb.

"Qəbələ"nin vurduğu top isə "Qarabağ"ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topa Qismət Alıyev imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest