"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb. Mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun yetirmələri səfərdə "Qəbələ" ilə görüşdə heç-heçə edib - 1:1. Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb.

"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb. Matc.az xəbər verir ki, mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun yetirmələri səfərdə "Qəbələ" ilə görüşdə heç-heçə edib – 1:1.

Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb. ötən mövsümdə, martın 9-da keçirilən "Zirə" ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn "Qarabağ" bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı. ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdü. 224 gündən sonra xal itirən ağdamlılar yalnız "Kəpəz"lə "Turan"dan geri qalır.

Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən "Turan"ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. "Kəpəz" 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.

Qeyd edək ki, ilk yeddi turda xal itirməyən "Qarabağ" mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. "Neftçi"nin 12 (1992), 10 (1994/95) və 9 (1996/97), həmçinin "Şəfa"nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu "Neftçi"nin 2000/01, "Xəzər Lənkəran"ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest