"Keşlə" - "Sabah" görüşü başa çatdıqdan sonra qonaqların müdafiəçisi Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 matçlıq cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, iclasda Premyer Liqanın VIII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

"Keşlə" – "Sabah" görüşü başa çatdıqdan sonra qonaqların müdafiəçisi Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 matçlıq cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Xəlilzadə yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Qarşılaşmanın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Sabah"ın digər müdafiəçisi Filip İvanoviçə 1 oyunluq cəza kəsilib, klubu 200 manat cərimələnib.

"Qəbələ" – "Qarabağ" matçında 6 futbolçusu sarı vərəqə alan "Qəbələ" 800 manat cərimələnib.

"Səbail"lə görüşdə 4 futbolçusu sarı vərəqə alan "Sumqayıt" 800 manat ziyana düşüb.

"Neftçi" – "Zirə" oyununda isə 6 futbolçusu sarı vərəqə alan "Zirə" eyni məbləğdə cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest