Avropa Liqasının IV turundan sonra turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, cədvələ “Ayntraxt”ın üzvü Sebastyan Haller başçılıq edir.

Onun hesabında 6754 xal var. 6281 xala malik Munas Dabbur (“Zalsburq”) ikincidi. “Betis”in üzvü Covanni Lo Çelso ilk “üçlüy”ü qapayır – 6266 xal.

Ən yaxşı Azərbaycan futbolçusu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevdi. 1464 xala malik futbolçu siyahıda 430-cudu. Ondan 2 xal geri qalan Qara Qarayev 431-cidi. 493-cü olan “Astana”dakı təmsilçimiz Riçard Almeyda 1245 xala malikdi.

Maksim Ağdam təmsilçisinin heyətində 3-cüdü. Onu iki legioner qabaqlayır. Abdullah Zubir 1959 xalla 307-ci sıradadı. 1499 xala malik Donald Gerye 416-cı yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest