"Sabah" Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyuna hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, komanda qarşıdakı oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, müdafiəçilər Təmkin Xəlilzadə və Filip İvanoviç cəzalı olduğu üçün növbəti oyunu buraxmalı olacaq. Yarımmüdafiəçi Cavid Tağıyev isə zədə səbəbindən bu görüşdə iştirak etməyəcək. "Sabah"da Kevin Kubembayla Elşən Abdullayev də zədədən əziyyət çəkir. Onlar mövsümün ikinci yarısına hazır olacaqlar.

Qeyd edək ki, sabah keçiriləcək "Sabah" - "Zirə" matçına saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest