Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Turun açılış matçında "Keşlə" ilə "Qəbələ" qarşlaşıb. İlk dövrədə bu rəqibini 4 cavabsız qolla məğlub etmiş paytaxt klubu bu dəfə də üstünlüyünü isbatlamağa çalışıb. Əyalət təmsilçisi isə həmin məğlubiyyətin əvəzini çıxmağa cəhd göstərib. üç qolun qeydə alındığı bu görüş də bakılıların xeyrinə başa çatıb.
 
Günün digər oyununda "Sabah" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib. İlk dövrədə bu komandalar heç-heçəyə razılaşmışdılar. "Sabah" bu oyunda qələbə qazansaydı, sonuncu pillədən qurtula bilərdi. Dörd qolun vurulduğu bu görüşdə yenə qalib müəyyənləşməyib.
 
Bu tur həm də "Sumqayıt" – "Neftçi" və "Qarabağ" – "Səbail" görüşləri baş tutacaq.
 
Azərbaycan Premyer Liqası
IX tur
26 oktyabr
 
"Keşlə" – "Qəbələ" 2:1
Qol: L.Frutos, 1. S.M.Kolli, 42 - D.Volkov, 58.
"ASCO Arena". Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 19. Rövlan Muradov, 2. Amin Seydiyev, 20. Faiq Hacıyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev.
Baş məşqçi: Azər Bağırov.
 
"Sabah" – "Zirə" 2:2
Qol: A.Diallo, 28; 44 - N.Süleymanov, 23; 88.
"Bank Respublika Arena". Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
 
Sabah: 1. Saşa Stamenkoviç, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 14. Rəşad Eyubov, 21. Rocer Roxas, 97. Emil Qasımov, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes, 25. Miloş  Bakraç, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest