"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. O, 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyunun bizim üçün çətin keçəcəyini öncədən də bilirdik. İki futbolçumuz bu oyunu buraxmaq məcburiyyətində qalmışdı. Heyətlə bağlı çətinliyimiz vardı. Amma bu gün ilk hissəni çıxmaq şərtilə, komanda pis təsir bağışlamadı. Xüsusilə fasilədən sonra futbolçularımz istədiyimiz oyunu nümayiş etdirməyə çalışdılar. 
 
- İki hissə arasındakı kəskin fərqi səbəbi nə idi?
- Heyətdəki itkilərlə əlaqədar bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdik. Bəzisi ilk dəfə bu mövqedə oynayırdı. Fasilədə sistemdə müəyyən dəyişikliklər etdik.
 
- Murad Musayev və Sadiq Quliyev ehtiyatda ola-ola mərkəz müdafiəçisi mövqeyinə Amin Seydiyevi çəkməyinizin səbəbi nə idi?
- İki oyun idi belə oynayırdıq. İstəmədik müdafiənin mərkəzini dəyişək. 
 
- Klesionu əvəzlədikdən sonra komandaniz daha yaxşı göründü. Belə çıxır ki, oyuna ülviylə başlasaydınız, daha effektiv olardı?
- Hərəsinin öz vəzifəsi var idi. Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü. Görünür, ilk yarıda oyuna yanaşmamız düzgün deyildi.
 
- Hakimlərə tez-tez irad bildirirdiz...
- çox fit çalırdı, hər epizodda oyunu saxlayırdı. Ancaq böyük etirazım yox idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest