Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
 
"Sumqayıt" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib. İlk dövrədə 2:1 hesablı qələbə qazanmış paytaxt təmsilçisi bu uğuru səfərdə də təkrarlamağa çalışıb. Sumqayıtlılar isə "ağ-qaralar"dan xal və xallar almağı hədəfləmişdilər. Qarşılaşmada hesabı da meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 4 qol vuran paytaxt klubu meydanı əzmkar qələbə ilə tərk edib.
 
Qeyd edək ki, ötən gün baş tutan "Sabah" – "Zirə" matçında qalib müəyyənləşməyibsə (2:2), "Keşlə" "Qəbələ"ni 2:1 hesabıyla məğlub edib.
 
Tura sabah keçiriləcək "Qarabağ" – "Səbail" matçı ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
IX tur
27 oktyabr
 
"Sumqayıt" – "Neftçi" 2:4
Qol: Ə.Ağayev, 6-pen. A.Yunanov, 90+3 - E.Mahmudov, 28-pen; 82-pen. B.Dabo, 34; 83.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu.
Sumqayıt. "Kapital Bank Arena".
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 10. Dario Federiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest