İtaliya A seriyasının X turunda "Cenoa"nı qəbul edən "Yuventus" minimal hesablı qələbə qazanıb (2:1). Matc.az saytının məlumatına görə, bu görüşdə "qoca sinyora"nın qapısını Canluici Buffon qoruyub.

Bununla 41 yaşlı qolkiper klubun tarixinə düşüb. Belə ki, bu, Buffonun Turin təmsilçisinin heyətində A seriyasında 513-cü matçı olub. İtaliya millisinin sabiq üzvü bu baxımdan rekordçu olan əfsanəvi Alessandro Del Pyeroya çatıb.

Qeyd edək ki, karyerasının böyük hissəsi "Yuventus"a aid olan Canluici Buffon turinlilərin heyətində 9 dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest