Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Turun açılış matçında son çempion "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi liderlə aradakı 8 xallıq fərqi azaltmaq üçün mütləq qələbə qazanmaq istəyindəydisə, Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləmişdi. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada da "Qarabağ" 2:0 üstün olmuşdu. Bu oyunda isə qapılara qol vurulmayıb.
 
Sabah "Səbail"lə "Keşlə" üz-üzə gələcək. Tura bazar günü baş tutacaq "Qəbələ" - "Sabah" və "Zirə" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq. 
 
Azərbaycan Premyer Liqası
X tur
1 noyabr
 
"Neftçi" – "Qarabağ" 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov,  Pərvin Talıbov, Kamal Umudlu
Bakı. "Bakcell Arena".
 
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest