"Təbii ki, ustalıq səviyyəsi ilə də bağlamaq olar. Biz heç Azərbaycan çempionatında bir oyuna bu qədər imkan yaratmırıq. Elə epizodlar oldu ki, üç metrdə topu saxlayıb, qapıdan keçirmək lazım idi. Amma futbolçular bu anlarda da həyəcanlanırdı".

"Bəlkə də avrokuboklarda bu qədər qol vəziyyəti yaratdığımız oyun olmamışdı. Lakin son ötürmələr, son zərbələr bir çox epizodlarda istədiyimiz kimi alınmırdı". Matç.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.

Təcrübəli müdafiəçi Avropa Liqasının II turunun "Arsenal"la görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bunu ustalıq səviyyəsi ilə  bağlamaq olar?
- Təbii ki, ustalıq səviyyəsi ilə də bağlamaq olar. Biz heç Azərbaycan çempionatında bir oyuna bu qədər imkan yaratmırıq. Elə epizodlar oldu ki, üç metrdə topu saxlayıb, qapıdan keçirmək lazım idi. Amma futbolçular bu anlarda da həyəcanlanırdı, istədiyi kimi ram edə bilmirdi. Bu oyun qorxulu yuxu kimi keçdi. "Arsenal"la oynayırsan, topa, oyuna nəzarət edirsən, qol imkanı yaranır. Düzdü, matçın sonlarında "Arsenal"ın da imkanları oldu. Artıq 2:0, 3:0-dan sonra komandayla irəli atılmışdıq. ümumilikdə çox yaxşı, Avropa Liqasındakı ən yaxşı oyunlarımızdan birini keçirdik.

- Matçı kənardan izləmək necə hiss idi?
- Oyuna sakit baxırdım. Bir iki epizodu qaçırandan sonra məndə belə bir hiss yarandı ki, yaxşı nəticə olmayacaq. çünki bu tip matçlarda yaxşı imkanları qaçıranda nəyəsə ümid eləmək çətindi.


- Azarkeşlər barədə nə deyə bilərsən, oyun başa çatmamış tribunaları tərk edənlər də var idi?
- Getməklərinə fikir vermədim. Oyunboyu möhtəşəm idilər, bizi yaxşı dəstəkləyirdilər. Futbolçular da bu dəstəyi hiss edirdilər. Onları sevindirmək istəyirdik. Lakin alınmadı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest