Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
öncə "Zirə" "Sumqayıt"ı qəbul edib. Bu komandalar arasında ilk dövrədə Sumqayıtda baş tutan qarşılaşma qonaqların qələbəsiylə yekunlaşmışdı. Zirəlilər bu uğuru yenə təkrarlamağa çalışıblar. "Sumqayıt" isə Zirədən ən azı 1 xalla qayıtmağı hədəfləmişdi. Dörd qolun qeydə alındığı bu qarşılaşma da turun əvvəlki oyunları kimi bərabərliklə yekunlaşıb.
 
Tura "Qəbələ" – "Sabah" matçı ilə yekun vurulub. İlk dövrədə Bakıda 1:0 hesablı qələbəyə sevinən əyalət təmsilçisi doğma arenada da "Sabah"a eyni aqibəti yaşatmağa çalışıb. Bakılılar isə həmin yenilginin əvəzini çıxmaq üçün mübarizə aparıblar. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran paytaxt təmsilçisi əzmkar qələbəyə sevinib.
 
Xatırladaq ki, turun digər oyunlarında "Neftçi" "Qarabağ"la, "Səbail" isə "Keşlə"ylə qolsuz heç-heçəyə razılaşıb.
 
Azərbaycan Premyer Liqası
X tur
3 noyabr
 
"Zirə" – "Sumqayıt" 2:2
Qol: M.Kqasvane, 3. R.Qadze, 58 - P.Babayi, 28-pen. Ə.Ağayev, 81.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
 
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
 
"Qəbələ" – "Sabah" 1:2
Qol: D.Volkov, 43 - C.İmamverdiyev, 53. H.Ekşteyn, 73.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.
 
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Rövşən Babayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest