Oyuna yaxşı hazırlaşmış, müsbət və mənfi cəhətlərimiz üzərində çalışmışdıq. İlk yarıdakı imkanlarımızdan yararlana bilsəydik, yəqin ki, 3 xal bizim idi. Amma olmadı. İkinci hissədə yaxşı oynamağa, qollar vurmağa çalışırdıq

"Oyuna yaxşı hazırlaşmış, müsbət və mənfi cəhətlərimiz üzərində çalışmışdıq. İlk yarıdakı imkanlarımızdan yararlana bilsəydik, yəqin ki, 3 xal bizim idi. Amma olmadı. İkinci hissədə yaxşı oynamağa, qollar vurmağa çalışırdıq. İkinci hisədə rəqibin cəmi bir hücumu oldu, o da qolla nəticələndi. İki dəfə hesabda geri düşsək də, sonda bərabərliyə nail olduq".
 
Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 
 
25 yaşlı hücumçu bildirib ki, komandası 3 xal qazana bilərdi. O, növbəti turda "Sabah"a qarşı ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını vurğulayıb.
 
Babayi əlinə düşən imkanlardan yararlana bilməməsini normal qarşıladığını bildirib: "Dünyanın ən yaxşı futbolçuları da qol şanslarını qaçırır. Mən də, komanda yoldaşlarım da daha çox qol vurmaq üçün çalışdıq. 3 xala ehtiyacımız var idi. Gələn oyunlarda imkanlarımdan yararlanmağa çalışacağam".
 
Cənubi azərbaycanlı forvard "Zirə"yə qayıdan hücumçu Riçard Qadzenin yeganə şansından yararlanmasına da toxunub: "Belə hal mümkündü. Amma o da ola bilər ki, Kriştianu Ronaldunun əlinə 3 qol şansı düşsün, 1-ni vursun. Futbolda hər şey mümkündü. öncədən nə isə demək olmaz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest