Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir. Matc.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. 
 
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.
 
Bu gün Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.
 
Xatırladaq ki, bir gün əvvəl millimizin digər üzvü Boyanka Kostova bu turnirin qalibi adını qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest