Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” – “Sabah” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:
 
“Komandanı çətin oyuna hazırlamışdıq. İki fərqli hissənin şahidi olduq. İlk yarıda komandamız daha dominant futbol oynadı. Fasilədən sonra boşluqlar verməyə başladıq. Epizodları dəyərləndirsək, komanda məğlubiyyətə layiq deyildi. Qol buraxandan sonra ardıcıl imkanlar yaradırdıq. Oyunçular hücumda istədiyimizi verirdilər. Buna görə əvəzetməni tez reallaşdırmağı lazım bilmədik. 5 metrdən boş qapıya düşə bilmirsənsə, burda ustalıqdan yox, şansdan danışmaq lazımdı. Bunu bəxtlə izah edərdim. Müdafiədə, bir az yarımmüdafiədə boşluqlar verib, rəqibə açıq futbol oynamaq imkanı yaratdıq. Bunun da nəticəsində çətinliklə üzləşdik. Komanda kimi təslim olmamışıq. Sonadək mübarizə aparacağıq. Bu komandanın xallar qazanmağa potensialı var. Hər rəqibə qarşı öz futbolunu nümayiş etdirməyə çalışır. Bir az gənc komandayıq, zamana ehtiyac var”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest