Topaz Premyer Liqasının XI turunun hazırda davam edən "Neftçi" – "Zirə" oyununun protokolunda məcburi dəyişiklik edilib. Matç.az saytı xəbər verir ki, qonaqlar görüşün "11-liy"ini start fitindən az əvvəl  dəyişmək məcburiyyəti ilə üzləşib.

Belə ki, oyunöncəsi isinmə hərəkətləri zamanı əzələsini dartan Dilan Duventru meydana çıxa bilməyib. Onun əvəzinə heyətdə Kamal Mirzəyev yer alacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest