PSJ Fransa Liqa1-nin XIII turunda “Brest”lə qarşılaşacaq. Matc.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmada hücumçusu Kilian Mbappenin xidmətindən yararlana bilməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, əzələsində ağrılar olan 20 yaşlı forvard “Brest”lə oyunun heyətinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək “Brest” – PSJ qarşılaşması saat 20:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest