Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, dünən start götürən turun son iki qarşılaşması keçirilib.

öncə diqqətlər Qəbələyə yönəlib. Eyniadlı komanda son illərin dəyişməz çempionu "Qarabağ"ı qəbul edib.

Meydan sahibləri hesabı açsa da, Qurban Qurbanovun yetirmələri fasilədən sonra üç qol vura bilib. Əzmkar qələbə ağdamlıların 2-ci pilləyə qayıtması və liderlə fərqi azaltması ilə nəticələnib.

"Keşlə" isə Tərlan Əhmədovun rəhbərliyi atında ilk qələbəsini bayram edib. Paytaxt futbolçuları "Sumqayıt"la oyunda sevinib.

Bakılılar böyükhesablı qələbə qazanıb – 4:1. Bununla da ilk oyun günündə qeydə alınan yüksək məhsuldarlıq davam edib. Belə ki, turun dünənki görüşlərində də 4-dən az qol vurulmamışdı. "Sabah" "Səbail"ə 0:4 hesabı ilə uduzmuşdusa, "Neftçi" və "Zirə" (2:2) qalibi müəyyənləşdirməmişdi.

Qeyd edək ki, bu turdan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Milli komandaların oyunlarından sonra bərpa ediləcək Topaz Premyer Liqasının növbəti turu noyabrın 24-25-də keçiriləcək.

Topaz Premyer Liqası

XI tur
11 noyabr (bazar)

"Sumqayıt" - "Keşlə" - 1:4
Qollar: Atilla Yıldırım, 65 - Amil Yunanov, 52, 78, Georgios Georgiadi, 56, Andre Klennon, 90+3
Qırmızı vərəqə: Orxan Sadıqlı, 67
Bayıl Arena. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

"Sumqayıt": 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov
Baş məşqçi:  Nazim Süleymanov

"Keşlə": 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 22. Nikola Mitroviç, 80. Diallo Quydileye, 31. Georgios Georgiadis, 9. Amil Yunanov, 23. Conatan Ayite
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 88. Məmməd Quliyev, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 17. Samir Məsimov, 21. Herve Tçami, 90. Ebrima Sohna
Baş məşqçi: Tərlan Əhmədov

"Qəbələ" – "Qarabağ" - 1:3
Qollar: Ceyms Adeniyi, 33 - İnnosent Emeqara, 47, Miçel, 64, Filip Ozobiç, 69
Qəbələ şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

"Qəbələ": 30. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

1

Neftçi

11

8

2

1

22-9

26

2

Qarabağ

11

7

2

2

20-12

23

3

Səbail

11

6

2

3

16-11

20

4

Sabah

11

5

1

5

9-15

16

5

Qəbələ

11

3

3

5

15-17

12

6

Sumqayıt

11

3

2

6

11-17

11

7

Keşlə

11

2

3

6

12-15

9

8

Zirə

11

1

3

7

9-18

6

Bombardir: Baqali Dabo (Neftçi) – 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest