"Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov deyib.

Topaz Premyer Liqasının XI turunda "Zirə"ni qəbul edən çempionatın lideri 2:2 hesablı bərabərliklə kifayətlənib.

Komandasının qollarından birinə imza atan Abbasov klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb. O, qalib gələ bilməmələrinə üzüldüyünü söyləyib: "Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm. çətin olacağını bilirdim. çünki "Zirə"nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir. Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest