"Neftçi" Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığına başlayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə" ilə oyundan sonra komanda 4 günlük istirahətə buraxılmışdı.

"Ağ-qaralar" bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. Baxışda olan qvineyalı Yamussa Kamaranın da qatıldığı məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi" – "Qəbələ" oyunu noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest