"Milli son illərdə son illərdə ən çətin oyunlarına çıxacağıq. Xalqımız adına çox şey qazana bilərik. Bu, bir ilk ola bilər. Evdə Farer adalarını məğlub edib, Kosovoya yüksək əhval-ruhiyyə ilə getməliyik"

"İkinci dövrəyə çox yaxşı başlamışdıq. öz meydanımızda uğurlu seriyanı davam etdirmək istəyirdik. Avropa səviyyəsində olan bir komandaya qarşı oynayırdıq. İlk hissədə də bizi topsuz qoydular, onu əldə edə bilmirdik. Amma standart vəziyyətdən qol vurduq".

Matç.az saytının məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"a 1:3 hesablı məğlubiyyətdən sonra deyib.

25 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, buraxdıqları səhvlərdən uduzublar: "İkinci hissənin əvvəlində arzuolunmaz qol buraxdıq. Bundan sonra üstünlük tamamilə rəqibdə oldu. Alınmadı. Rəqibi incələmişdik. Görünən odur ki, rəqibi yaxşı analiz etməmişik. Bəhanə gətirmək istəmirəm, bəlkə də fasilədən sonra erkən qol buraxmasaydıq hesab belə olmazdı. Bilirdik ki, ikinci hissə başlayan kimi rəqibi təzyiqi artıracaq. Rəqib səhvləri bağışlamır".

Azərbaycan millisinin də üzvü olan Xəlilzadə Millətlər Liqasında qarşıdan gələn Farer adaları və Kosovo ilə görüşlər barədə də danışıb: "Milli son illərdə son illərdə ən çətin oyunlarına çıxacağıq. Xalqımız adına çox şey qazana bilərik. Bu, bir ilk ola bilər. Evdə Farer adalarını məğlub edib, Kosovoya yüksək əhval-ruhiyyə ilə getməliyik. Maksimum nəticə qazanmağa çalışacağıq.  Farer adaları ilə səfər matçından hava çox soyuq idi deyə. sonra tempraturum vardı. Həkimlər kömək etdilər. Milli forma qızdırmaya-filana baxmır, canımızı verməyə hazırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest