İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.
 
Məlumatda Poçettinonun köməkçiləri ilə birgə istefaya göndərildiyi bəyan olunub. Paytaxt klubunun yeni baş məşqçisinin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək.
 
Argentinalı mütəxəssis 2014/15 mövsümündən İngiltərə klubunu çalışdırırdı. Geridə qalan beş mövsümdən dördündə onun komandası İngiltərə Premyer Liqasını ilk dördlükdə tamamlayıb. "Tottenhem" ötən mövsüm tarixində ilk dəfə yüksəldiyi çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabı ilə uduzub. Lakin bu mövsüm komanda Premyer Liqanın geridə qalan 12 turundan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest