Fransız mütəxəssis Villi Sanyol futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sanyol 2021-ci ildən komandaya rəhbərlik edib və onunla tarixi nəticəyə nail olub. Yığma 2024-cü il Avropa çempionatına vəsiqə qazanıb və turnirin pley-off mərhələsinə yüksəlib.
Milli komandanın yeni məşqçisi 2028-ci ilin sonuna qədər yığmaya rəhbərlik edəcək Ramaz Svanadze olub. Bu təyinata qədər o, gənclərdən ibarət milli komandaya rəhbərlik edib və onu iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.
Qeyd edək ki, sentyabrın 25-də Millətlər Liqasının yenin mövsümünün ilk turunda Gürcüstan yığması öz meydanında Şimali İrlandiya komandasına 0:1 hesabı ilə məğlub olub.









_1790397700.jpg)



