Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov çempionlar Liqasına təyinat alıb. Matc.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçiriləcək "Lokomotiv" (Rusiya) – "Maribor" (Sloveniya) oyununda əsas referi olacaq.
 
Kalininqradda baş tutacaq görüşdə ikinci hakim funksiyasını Voyçieç Maroşek yerinə yetirəcək.
 
Qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutacaq matç noyabrın 20-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest