"Qarabağ"la Avropa Liqasının qrup mərhələsindəki oyun "Arsenal"ın yarımmüdafiəçisi Emil Smit-Rue üçün əlamətdar olub. Matç.az saytının məlumatına görə, 52-ci dəqiqədə hesabı 2:0-a çatdıran futbolçu klubun ən gənc qolçuları arasına düşüb.

Belə ki, Smit 18 yaş 67 günlüyündə fərqlənməyi bacararaq, 2011-ci ildən bəri adını tabloya yazdıran ən gənc oyunçu olub. Sonuncu dəfə 7 il əvvəl Aleks Oksleyd-çamberlayn "Olimpiakos"la qarşılaşmada qol vuranda 18 yaş 43 günlüyündə idi.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest