Voleybol üzrə milli komandalar arasında keçirilən Avropa Liqası yarışlarının əsasnaməsində dəyişiklik edilib. Yeni mövsümdən turnir fərqli formada təşkil olunacaq. Belə ki, Avropa üzrə reytinqi yüksək olan komandalar "Qızıl", digərləri isə "Gümüş" Avropa Liqasında iştirak edəcəklər.
Voleybol üzrə milli komandalar arasında keçirilən Avropa Liqası yarışlarının əsasnaməsində dəyişiklik edilib. Matc.az xəbər verir ki, yeni mövsümdən turnir fərqli formada təşkil olunacaq.
Belə ki, Avropa üzrə reytinqi yüksək olan komandalar "Qızıl", digərləri isə "Gümüş" Avropa Liqasında iştirak edəcəklər.
Qeyd edək ki, 2020-ci ilin may-iyun aylarında voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında, kişilər isə Gümüş Avropa Liqasında yarışacaq.