Azərbaycan Premyer Liqasında XII tur davam edir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

"Səbail" "ASCO Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirib. Aşağı pillələrdən qurtulmaq baxımından hər iki komanda üçün görüş çox vacib idi. İlk hissəsi qolsuz bərabərliklə nəticələnən matçın taleyinə son 15 dəqiqədə aydınlıq gəlib. Əvvəlcə "Səbail" avtoqol sayəsində hesabı açıb.

Ancaq qonaqlar nəinki məğlubiyyətdən qurtula bilib, hətta qələbə də qazanmağa nail olub. Əvvəlcə Ulisse Diallo 3 dəqiqə ərzində dubl edərək, "Sabah"ı önə keçirib. Son saniyələrdə isə Hendrik Ekşteyn yekun nəticəni müəyyənləşdirib. Beləliklə, "Sabah" 3 xalı 3 qolla əldə edib.

Qeyd edək ki, ilk dövrədə "Sabah" 3:0 hesabıyla qalib gəlmişdi.

 
Azərbaycan Premyer Liqası
12-ci tur
23 noyabr
 
"Səbail" – "Sabah" - 1:3
Qollar: Məqsəd İsayev, 76 (avtoqol) - Ulisse Diallo, 88, 90; Hendrik Ekşteyn, 90+7
"ASCO Arena". Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
"Səbail": 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

"Sabah": 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov

Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov

Məşqçi: Ramin Quliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest