"Zirə" tarixində 75-ci səfər oyununu keçirib. Matç.az saytının klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, "Neftçi" ilə Topaz Premyer Liqasının XI turunun "Bakcell Arena"dakı qarşılaşması "Zirə"nin bütün turnirlərdə keçirdiyi yubiley oyunu olub.

Komanda Premyer Liqada 52, I divizionda 15, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə rəqib meydanına çıxıb. "Neftçi" ilə görüşdəki 2:2 hesablı bərabərlik səfər oyunlarında əldə edilən 20-ci heç-heçə olub. Bunlardan 17-si Premyer Liqa, 3-ü I diviziona təsadüf edib.

"Zirə" rəqib meydanlarında ən çox – 4 dəfə "Neftçi" ilə sülh bağlayıb. ümumilikdə 11 rəqibin meydanından 1 xalla dönən komanda "Keşlə", "Kəpəz" və "Qəbələ" ilə 3 dəfə heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest