"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 12-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Həftəlik proqramda "Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. İstəyimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. İstədiyimizi edə bilmədik. Stabilliyimizi qoruya bilmirik. Bunun da səbəbi komandadakı futbolçuların çoxunun cavan olmasıdı. Təcrübəli oyunçular stabilliyi qoruyur. Komandalar arasında səviyyə fərqi də var. "Neftçi" bir neçə komponentdə bizdən üstün idi. Sponsor məsələsi bizə aid deyil. Bizim işimiz komanda və oyunçularla bağlıdı. Düşünürəm ki, "Qəbələ" yaşayacaq. Bu gün komanda şəklində zəif oynadıq. Buraxılan qollar isə fərdi səhvlərdən irəli gəlirdi. "Neftçi"nin futbolçularının ustalıq səviyyəsi də yüksək idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest